“Dace with me!” rəqs müsabiqəsi keçirilib

“Dace with me!” rəqs müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatı dəstəyi ilə, ittifaqın üzvü Məcid Musayevin fərdi rəqs müsabiqəsi layihəsi - "Dace with me!" (Mənimlə rəqs et) həyata keçirilib. SİA-nın məlumatına görə, aprelin ayının 5-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilmiş konsertdə, daha öncədən daxili seçimlər vasitəsi ilə müəyyən edilmiş 3 ən yaxşı gənc rəqqas I, II və III yerlər uğrunda mübarizə aparırdılar. Onların çıxışlarından sonra yekun nəticələrə görə Azərbaydan Dövlət İqtisad Universitetinin tələbəsi Emil Məmmədli I, "The Orphans" qrupu II və AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ramtiq Alızadə III yerə layiq görülüb.

Diqqətə çatdırırıq ki, gənc rəqqaslar dubstep, pop və milli janrlarında rəqs nömrələri təqdim ediblər.

Layihə rəhbəri Məcid Musayev bildirib ki, müsabiqənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, ümumilikdə gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaqdır.

Qeyd edirik ki, müsabiqənin qaliblərinə kubok, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə