Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının rəhbərliyində dəyişiklik edilib. SİA-nın xəbərinə görə, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı səhhəti ilə əlaqədar ərizəsi nəzərə alınaraq tutduğu vəzifəsindən azad olunub.
Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası AMEA Botanika İnstitutunun rəhbəri, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB