Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı "Horizon-2020" çərçivəsində treninq keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsi və Regional İnnovativ Texnologiyalar Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Xarici İşlər və Təhsil nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.
Treninqdə "Horizon-2020" proqramı çərçivəsində Avropa Birliyi (AB), Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub.
AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malikdir.
İki gün davam edəcək treninq "Horizon-2020" proqramı müddətində nəzərdə tutulan 5 tədbirdən ikincisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB