Bakıda 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı keçiriləcək
"11 aprel tarixində 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərsu ASC-nin "Sukanal" ETLİ elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov bildirib.
A.Ələkbərov deyib ki, konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq: "2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı Azərbaycanın milli su operatoru - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəsmi dəstəyi ilə təşkil olunur. Konfransda Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası "Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar", İçməli su emalında innovativ texnologiyalar, Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar, Yaşıl planet, Tullantı suların təmizlənməsi və təkrar istifadəsi mövzuları ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq".
Azərsu rəsmisi qeyd edib ki, konfransda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatının nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbərləri və ekoloqları, eko-texnologiyaları və eko-xidmətləri təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə birliklər və qeyri-hökumət təşkilatlarının 400-dən çox nümayəndəsinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB