Ombudsman nümayəndələri Bakı İstintaq Təcridxanasında olublar

Ombudsman nümayəndələri Bakı İstintaq Təcridxanasında olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olub, Müvəkkilə müraciət edən, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Bakı ofisinin nümayəndələri tərəfindən Ombudsman Aparatına ünvanlanmış müraciətdə adları çəkilən saxlanılan şəxslərlə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Ombudsmanın nümayəndələri həmin şəxslərin təcridxanada saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Bakı İstintaq Təcridxanasında 30-dan çox saxlanılan şəxs qəbul edilib, onların şikayətləri dinlənilib.

Qəbul edilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət daxil olmayıb.

Həmin şəxslərə müraciətləri ilə bağlı müvafiq hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib, bir neçə saxlanılan şəxsə isə onların şikayətləri ilə əlaqədar araşdırma aparılması üçün müvafiq orqanlara müraciət ediləcəyi bildirilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə