Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu "Verner fon Simens. Qafqaz səyahətləri" kitabının təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə İnstitutun direktoru Yaqub Mahmudov, millət vəkili Sevinc Hüseynova və Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi Yaqub Mahmudov bildirib ki, institutun tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim etdiyi kitab tariximizi öyənmək üçün xüsusi əhəmiyyəti olan ilk mənbələrin nəşri sahəsində növbəti uğurlu addımdır: "Verner Simensin qələmindən çıxan bu qiymətli xatirələr müəllifin bilavasitə şəxsi müşahdiələinə əsasınır. Kitabın ilk mənbə kimi dəyəi də məhz bundadır. Digər tərəfdən Verner Simensin xatiələi aydın şəkildə sübut edir ki, Gədəbəy təkcə Azərbaycanın deyil, bütövlükdə, bütün Rusiyanın əsas metallurgiya məkəzindən biri idi. Şübhə etmiəm ki, kitab Gədəbəyin tarixinə marağı daha da artıracaq, bu qədim diyarın tarixi keçmişinə dair yeni əsərlərin yazılmasına təkan verəcək".
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel çıxışı zamanı kitabın nəşr edilməsini yüksək qiymətləndirib. 3 həftə öncə Gədəbəyə səfər etdiyini deyən səfir qeyd edib ki, oranın nə dərəcədə zəngin tarixə malik olduğunu şahidi olub. Onun sözlərinə görə, kitabda Cənubi Qafqazda sivilizasiyaların mənbəyi olan Gədəbəydə Azərbaycan xalqının qonaqpərvərliyindən, zəngin mədəni, tarixi ənənələə malik olmasından danışılır.
Qeyd edək ki, kitab Azərbaycan və alman dillərində işıq üzü görüb. Kitabın müəllifi və ön sözün müəllifi Tarix İnstitutunun diektou Yaqub Mahmudov, elmi redaktou və giriş məqaləsinin müəllifi millət vəkili Sevinc Hüseynova, alman dilindən tərcümə edəni isə Frankfurt Sülh Araşdımaları İnstitunun elmi əməkdaşı Azər Babayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB