ADAU-nun bakalavrları dövlət qulluğu ilə bağlı bir araya gəldi

ADAU-nun bakalavrları dövlət qulluğu ilə bağlı bir araya gəldi

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və həmin şöbəin məsləhətçisi Anar Mirzəyev Azərbaycan Dövlət Aqrar Universitetində bu il məzun olacaq bakalavr və magistrlarla görüşüb. SİA-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etmək, dövlət qulluğu qəbulunun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırmaqdır. Görüş zamanı komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları da cavablandırıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə