Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin təşkilatçılığı ilə "İnsan alveri və zorakılığa qarşı mübarizə" movzusunda maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev insan alverinin dünyada geniş yayılan problemlərdən biri olduğunu və bu bəladan heç kimin sığortalanmadığını bildirib.
İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev isə çıxışında tədbirin keçirilməsində məqsədin bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdan və insan alveri, eyni zamanda zorakılıqla mübarizədə ictimai fəal gənclərin gücündən istifadə edilməsindən ibarət olduğundan söz açıb: "Bu sahədə Azərbaycanda bir sıra qanunların qəbul edilib və ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğu da hər kəsə məlumdur. Azərbaycanda 2004-cü İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib və bununla bağlı İşçi Qrupu da fəaliyyət göstərir. İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin "152" saylı "Qaynar xətt"i də fəaliyyət göstərir. Dünyada hər il 21 milyon adam insan alverindən əziyyət çəkir və bunlardan da 4 milyonunun məcburi əməyin qurbanıdır. İdarənin nəzdində insan alveri qurbanları üçün sığınacaq yaradılıb və qurbanlara dövlət tərəfindən müavinət verilir. Ötən il insan alveri ilə bağlı 238 cinayət faktı qeydə alınıb. Onlardan 56 nəfərin insan alveri qurbanı olub. Bu qurbanların 41 nəfərini qadınlar, 15 nəfərini isə kişilər təşkil edir".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə çıxışında rəhbərlik etdiyi təşkilatın bu sahədə gördüyü işlərdən danışıb: "İnsan alveri qurbanları içərisində qadınların üstünlük təşkil etdiyi yəqin ki, çoxlarımıza məlumdur. Tələbələri bu problemlə mübarizədə aktiv olmağa çağırıram".
Tədbir çərçivəsində maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB