"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə yağış yağacaq". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, aprelin 9-da paytaxtda və yarımadada şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir: "Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB