Həcc ziyarətinin vaxtı məlum oldu

Həcc ziyarətinin vaxtı məlum oldu

Azərbaycanda Həcc ziyarətinə səfərin başlanma tarixi və səfər müddəti məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) SİA-ya verilən məlumata görə, Azərbaycandan gedəcək zəvvarların Həccə səfəri sentyabrın 23-dən başlayacaq.

İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban Bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan etibarən nəzərdə tutulur.

Bu il Azərbaycanda Qurban Bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə