Cinayətdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar

Cinayətdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar

Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Cinayət-Prosessual Məcəlləsinə edilən əlavə və dəyişikliyə görə, cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır.

Təklif edilən əlavə və dəyişikliklərlə həmin müddət 48 saatdan 24 saata endirilib. Belə ki, hazırda qüvvədə olan qanunvericilikdə şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 24 saatdan müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə