Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey İvanov "Azerros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun müraciətinə cavab verib. SİA bu barədə qurumun saytına istinadən xəbər verir.
Saytda yazılan məlumatda "Azerros" Ağsaqqallar Şurasının sədrinin müraciətinə baxıldığı qeyd edilib. Bildirilib ki, bu müraciət daha obyektiv və hərtərəfli qiymətləndirilmə edilməsi üçün Dövlət Dumasına göndərilib.
Xatırladaq ki, Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov aprel ayının birində Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskidən Rusiya baş prokuroru Yuri Çaykaya şikayət edib.
Abbas Abbasov Yuri Çaykaya yazdığı müraciətində Jirinovskinin Rusiya Dövlət Dumasında Dağlıq Qarabağı Rusiyaya birləşdirmək barədə çağırışından, azərbaycanlıların təhqir etməsindən bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB