Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb FOTOLAR

Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb FOTOLAR

Bu gün Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb. SİA-nın xəbərinə görə, iclasa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb.

Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyib.

Qeyd edək ki, iştirakçılar iclasdan öncə Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olublar.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə