Lənkəranda “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirildi FOTOLAR

Lənkəranda “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirildi FOTOLAR

Aprelin 7-də Lənkəran şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Zərdabi Mətbuat Mərkəzinin "Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" birgə layihəsi çərçivəsində "Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Lənkəran ŞİH aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif İmanlı açıb.

Zərdabi Mətbuat Mərkəzinin sədri, respublikanın Əməkdar jurnalisti Rəhim Huşiməndi layihə haqqında məlumat verib.

Sonra "Xalq qəzeti"nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu və Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Seymur Verdizadə müzakirə olunan mövzu ilə bağlı məruzələr ediblər.

Açıq diskussiya və dialoq şəklində davam edən dəyirmi masada "Lənkəran" qəzetinin redaktoru İltifat Əhmədov, "Astara" qəzetinin redaktoru Azər Abdullayev "Lerik" qəzetinin redaktoru İdris Şükürlü, Lənkəran Dövlət Universitetinin kafedra müdiri Kamran Kazımov, Universitetin dilçi-alimi Əlirza Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev, AzərTAcın bölgə müxbiri Bağır Əliyev, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, "Olaylar" qəzetinin bölgə müxbiri Hafiz Mirzə, "Şəfəq" jurnalının baş redaktoru İltifat Saleh çıxış edərək təklif, rəy və mülahizələrini söyləyiblər.

Dəyirmi masanı R.Huşiməndi yekunlaşdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə