Bu günlərdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Nizami Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma yerinə (MSY), həmin idarənin 23, 24 və 25-ci polis bölmələrinə, Xətai RPİ-nin MSY-nə, həmin idarənin 37-ci polis bölməsinə başçəkmələr həyata keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmələrin məqsədi saxlanılma şəraitinin, saxlanılan şəxslərlə rəftarın, müvafiq sənədləşmənin, əvvəlki başçəkmlər zamanı verilən tövsiyələrin icrası vəziyyətinin araşdırılması olub.
Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılma şəraitini öyrənmiş, saxlanılan şəxslərin şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.
Qəbul olunan şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət etməyiblər.
Adı çəkilən MSY-lər standartlara cavab versə də, Nizami RPİ-nin MSY-də saxlanılan bəzi şəxslərin istintaq təcridxanalarına vaxtında köçürülməməsi, eləcə də sənədləşmədə aşkarlanan bir sıra nöqsanlarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB