Azərbaycanda müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib FOTO

Azərbaycanda müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib FOTO

Gəncə şəhərində "Qafqaz Qəniməti" başlığı altında, müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk dəfədir ki, təşkil olunan sərgi, maraqlı görüntülərlə yadda qalıb. Sərginin birinci mərhələsi Gürcüstanın paytaxtı Tbilisdə baş tutub. Gəncədə keçirilən ikinci mərhələdə 100-ə yaxın it nümayiş olunub. Sərgidə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Rusiya və digər ölkə təmsilçiləri iştirak edib. Sərgi başlamazdan əvvəl bütün iştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq xüsusi hazırlaşıblar. Nümayiş olunacaq itlərin müəyyən standartlara cavab verməsi üçün itlərin tükləri daranıb, üzərlərində təmizləmə işləri aparılıb – bir sözlə bəzədiliblər.

Qeyd edək ki, iki mərhələni keçib müsabiqədə qalib gələn iştirakçılara diplom, kubok və özündə Azərbaycanın mədəniyyətini əks etdirən hədiyyələr təqdim olunub.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə