Ombudsman məhkumların vəziyyəti ilə maraqlanıb

Ombudsman məhkumların vəziyyəti ilə maraqlanıb

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarını icra edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmənin məqsədi bu müəssisədə məhkumların və istintaq altında olan şəxslərin saxlanılma şəraitinin, onlara qarşı rəftar vəziyyətinin araşdırılması olub.

Başçəkmə zamanı 900 nəfərin saxlanılması üçün nəzərdə tutulan, altı korpusdan ibarət kompleksin istintaq təcridxanasının bütün obyektlərinə, o cümlədən kameralara, cərimə təcridxanasına, tibbi-sanitar hissəyə, görüş otaqlarına, kitabxanaya, mətbəxə, camaşırxanaya baxış keçirilib, saxlanılma şəraitinin müasir standartlara cavab verdiyi müşahidə olunub.

Ombudsman müəssisədə saxlanılan bir sıra şəxslərlə, o cümlədən məhkumlarla görüşüb, onlara insan hüquqlarını və Müvəkkilin səlahiyyətlərini izah edib, təqsirləndirilən, həbs yerlərində saxlanılan şəxslərin, məhkumların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib, saxlanılan şəxslərə müvafiq tövsiyələrini bildirib. O, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini onların diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə