Bu il zəvvarlarımıza təqdim olunacaq qurbanlıq qoyunların qiyməti dəyişib RƏSMİ AÇIQLAMA
"Bu il azərbaycanlı zəvvarlara təqdim olunacaq qurbanlıq qoyunların qiyməti 120-140 ABŞ dollar arasında dəyişəcək". Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, qurbanlıq qoyunların çəkisi ötən illə müqayisədə ucuzlaşıb: "Bu il zəvvarlarımıza təqdim olunacaq qurbanların qiyməti ötən illə müqayisədə ucuzlaşıb. Belə ki, ötən il qurbanların qiyməti 150 dollar idisə, bu il bu rəqəm çəkisindən asılı olaraq 120-140 dollar arasında olacaq".
Xatırladaq ki, Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarların sənəd qəbulu fevralın 13-dən başlayıb. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB