"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq, axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova bildirib.
Onun sözlərinə görə, aprelin 8-də paytaxtda və yarımadada gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq: "Havanın temperaturunun gecə 4-7, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".
Şöbə rəisi deyib ki, sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacağı proqnozlaşdırılır: "Lakin günün ikinci yarısından başlayaraq, hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB