“Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir” FOTOLAR
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir" mövzusunda ictimai dinləmələrin keçirilməsi layihəsinin icrası məqsədi ilə "Mili Qəhrəmanların Təbliğinə Dəstək" İctimai Birliyi Azərbaycan İctimai-Siyasi Universitetində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə universitetin rektoru Rasim Nəbiyev, Milli Qəhrəmanlar birliyinin sədri Mirbəşir Seyidzadə, Azərbaycanın Milli qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, hüquq mühafizə orqanlarının əməkdaşları, tələbələr və KİV nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Milli Qəhrəmanlar birliyinin sədri Mirbəşir Seyidzadənin yazdığı ssenari əsasında narkomaniya təhlükəsi və onun sosial, fiziki, mənəvi fəsadları haqqında gəncləri maarifləndirmək məqsədi ilə çəkilmiş "Ölümün bir addımlığında" adlı sənədli film nümayiş olunub.
Daha sonra Milli Qəhrəmanlar birliyinin sədri Mirbəşir Seyidzadə çıxış edərək deyib ki, layihənin məqsədi yeniyetmə və gəncləri narkomaniya problemi ilə məlumatlandırmaq, narkomaniyanin necə zərərli vərdiş olması, narkomaniya anlayışı, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işini aparmaqdır.
Sonda isə tələbələri maraqlandıran suallara qonaqlar tərəfindən aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB