Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11 həqiqi və 23 müxbir üzv yerinə seçkilər elan edib. SİA-nın xəbərinə görə, seçkilərlə əlaqədar AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli qərarı ilə komissiya yaradılıb.
Komissiya ilkin lazımi işləri yekunlaşdırıb və bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası ilə məşğul olaca.
Komissiyanın sədri Akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur. Tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB