Yuliya Vittem: “Kaspi” Təhsil Mərkəzi tərəfindən VI Beynəlxalq təhsil sərgisi yüksək səviyyədə təşkil olunub”
"Kaspi" Təhsil Mərkəzi tərəfindən VI Beynəlxalq təhsil sərgisi yüksək səviyyədə təşkil olunub. Bu sərgi azərbaycanlı gənclərə dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını yaradır.
Bu sözləri Bakıda keçirilən VI Beynəlxalq təhsil sərgisinin iştirakçısı Böyük Britaniyanın Aston Universitetinin beynəlxalq şöbəsinin regional meneceri Yuliya Vittem AzərTAc-a müsahibəsində deyib.
Təmsil etdiyi təhsil müəssisəsinin "Kaspi" Təhsil Mərkəzi ilə bir neçə ildir əməkdaşlıq etdiyini söyləyən Y.Vittem deyib ki, Bakıda keçirilən bu sərginin əhatə dairəsi ildən-ilə genişlənir.
Paytaxtımızda artıq bir neçə dəfə olduğunu deyən Yuliya Vittem hər dəfə bura gələrkən şəhərin daha da gözəlləşdiyini, sürətlə inkişaf etdiyini söyləyib.
Bakını sevdiyini bildirən Aston Universitetinin nümayəndəsi burada insanlarının səmimi və mehriban olmasını xüsusilə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB