Məktəblilər partlayıcı qurğular barədə maarifləndiriliblər

Məktəblilər partlayıcı qurğular barədə maarifləndiriliblər

ANAMA nəzdində fəaliyyət göstərən "DAYAQ" qeyri-hökumət humanitar təşkilatının əməkdaşları Ağcabədi rayonu Sarvanlar kənd orta məktəbində tədbir keçirib. SİA xəbər verir ki, tədbirdə məktəblilərə partlayıcı qurğuların görünüşü, onların xüsusiyyətləri barəsində geniş məlumatlar verilib. Bildirilib ki, azyaşlılar arasında bu cür maarifləndirmə işinin aparılması daimi diqqətdədir.

Məlumatlandırma zamanı şagirdlərə, ermənilər tərəfindən bəzi təxribat xarakterli əməllər barəsində geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, müharibə dövründə atılan partlamamış hərbi sursatlar illər sonrada öz təhlükəliliyini qoruyub saxlayır. Atəşkəs dövründən sonra təmas xəttinə yaxın yaşayış məntəqələrində onlarla insan bu kimi partlayışların qurbanı olub. Bədbəxt hadisələrin baş verməməsi üçün azyaşlıların mina və hərbi sursatlardan xəbərdar olmaları vacib sayılır.

Şamxal Cəliloğlu. Ağcabədi

Bütün xəbərlər Facebook səhifəmizdə