Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənclərə kömək məqsədilə pulsuz təşkil etdiyi "İngilis dili" kurslarının ilk mərhələsinə yekun vurulub. SİA-nın xəbərinə görə, bu münasibətlə YAP GB-nin ofisində imtahanlardan uğurla keçən gənclərə sertifikatların təqdimetmə mərasimi olub.
İlk olaraq gəncləri bu münasibətlə təbrik edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, kurslar ofisin fəal gəncləri tərəfindən təşkil olunub: "Belə kursların əhəmiyyəti çox böyükdür. Çünki gənclər müasir dövrün tələblərinə uyğun olaraq, İngilis dili biliklərinə yiyələnməlidirlər. Biz də bu kursları təşkil etməklə gənclərə öz töhfəmizi vermək istədik".
Daha sonra dərslər zamanı yaşanan maraqlı məqamların əks olunduğu video-çarx nümayiş olunub.
Tədbirdə eyni zamanda kursun tələbəsi olan Ayşən Əzizli xalq mahnısı Sarı gəlini Azərbaycan dili ilə yanaşı, ingilis dilində ifa edib.
Qeyd edək ki, tədbirin sonunda "İngilis dili" kursunu bitirən gənclərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB