Türkiyənin TRT kanalı beynəlxalq sahədə həyata keçirdiyi layihələrinə daha bir yeni layihə əlavə edib. SİA-nın məlumatına görə, Liviyanın Benqazi dövlət televiziyası TRT-nin proqramlarını yayımlayacaq və TRT bu kanalın əməkdaşlarına təlim keçəcək.
Qeyd edək ki, TRT dünyada 110-dan artıq ölkənin televiziya kanalları ilə əməkdaşlıq edir. Bir çox qardaş ölkə TRT-nin verilişlərini yayımlayır və təlimlərindən istifadə edir. İmzalanan sənədlə TRT ərəbcə kanalındakı bəzi proqramlar Liviya kanalında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB