Sabah Azərbaycana qar yağacaq PROQNOZ

Sabah Azərbaycana qar yağacaq PROQNOZ

"Aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, istirahət günü paytaxtda və yarımadada havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir: "Sabah ölkənin rayonlarında hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 1-6, gündüz 7-12, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə