Bu bün paytaxtda 21 dərəcə isti olacaq

Bu bün paytaxtda 21 dərəcə isti olacaq

"Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, arabir güclənən cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq: "Paytaxtda və yarımadada havanın temperaturu gecə 4-7, gündüz 16-21 dərəcə isti olacaq. Şənbə günü Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə