Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Çempionatın dördüncü günündə 70, 86 kiloqram çəki dərəcələrində sərbəst, 63 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar.
Azərbaycan pəhləvanları sərbəst güləş yarışlarında ölkəmizi təmsil ediblər. Belə ki, Ruslan Dibirhacıyev səkkizdəbir finalda belaruslu Anton Afanasyevi 10:2, dörddəbir finalda macarıstanlı İstvan Qulyası 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör olu. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 hesablı üstünlüyü ilə başa çatıb.
Finalda Ermənistan güləşçisi Qriqor Qriqoryana heç bir şans verməyən Azərbaycan güləşçisi Ruslan Dibirhacıyev rəqibinə 12:2 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB