Azərbaycan gimnastları Portuqaliyada Dünya Kuboku yarışlarının finalçısıdır

Azərbaycan gimnastları Portuqaliyada Dünya Kuboku yarışlarının finalçısıdır

Lissabonda bədii gimnastika üzrə Dünya Kuboku yarışları və beynəlxalq turnir keçirilir.
Dünya Kuboku yarışlarının birinci günündə Azərbaycan komandası 10 gürz ilə hərəkətlərdə 16,950 bal toplayaraq ikinci yeri tutmuş və finala vəsiqə alıb.
Yuniorların turnirində Jalə Piriyeva halqa ilə hərəkətlərə görə 15,1 bal nəticə ilə üçüncü, Züleyxa İsmayılova isə 14,35 bal nəticə ilə 9-cu yeri tutub. Top ilə hərəkətlərin yekununda Piriyeva 15 bal nəticə ilə beşinci, İsmayılova isə 14,45 bal nəticə ilə yenə doqquzuncu olub.
Beləliklə, Jalə Piriyeva hər iki finala vəsiqə alıb. Gimnast qızlarımız çıxışlarının yekununa görə 58,9 bal nəticə ilə üçüncü yerdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə