"Azərbaycanın BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyü ilə bağlı hazırladığı qətnəmani dəstəkləməsi ölkəmizin uzun illər boyu həyata keçirdiyi prinsipial mövqeyinin təsdiqi idi. Azərbaycan prezidenti İlham Əliyevin bütün fəaliyyəti dövründə beynəlxalq hüquq normalarına dəstək olan mövqe sərgiləmiş oldu. Buna görə də ölkə başçısına təşəkkür etməliyik. Bu mövqe nəinki beynəlxalq aləmdə, o cümlədən yerli ictimaiyyət tərəfindən çox yüksək qarşılandı". SİA-nın xəbərinə görə, bunu millət vəkili Azay Quliyev parlamentdə çıxışı zamanı deyib.
Millət vəkili həmçinin 1000-ə yaxın QHT-nin hələ də hesabatını Maliyyə Nazirliyinə təqdim etmədiyini də nəzərə çatdırıb: "Bildiyiniz kimi, aprelin 1-də QHT-lərin Maliyyə Nazirliyinə verməli olduqları hesabatların müddəti başa çatıb. Məndə olan məlumata görə, bir çox QHT-lər öz hesabatlarını təqdim etməyiblər. Belə olduğu təqdirdə, onlara qarşı qanunvericilik çərçivəsində cərimə sanksiyaları tədbiq oluna bilər. Bu da kifayət qədər böyük məbləğ olacaq. Buna görə də onlara müraciət edərək demək istəyirəm ki, qarşıda hələ 3 həftə vaxt var. Bu müddət ərzində həmin QHT-lər Maliyyə Nazirliyinə yazılı müraciət edərək hesabatın verilməsini təmin etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB