" "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanun layihəsində yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası məsələsi var. Bu maddə çox yerində olan məsələdir. Çünki, Bakıda son vaxtlar yerli mühitə uyğun olmayan, bizə aid olmayan xeyli bitki növləri çox baha qiymətə gətirilir və yerli bitkilər əvəzinə bunlar əkilirlər. Bunu parklarda gördüyüm ağacların əkilməsini nəzərə alıb deyirəm". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fərəc Quliyev parlamentin bugünkü iclasında mövcud qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünyanın bir çox yerində yerli mühitə uyğun olan bitkilərdən istifadə edirlər: "Hətta parklarda belə meyvə ağaclarından istifadə etməklə təbiəti zənginləşdirirlər. Lakin Azərbaycanda yerli mühitə uyğun olmayan bahalı bitkilər gətirilir və həmin bitkilərin çoxu da sonradan mühitə uyğunlaşa bilmədiyindən tələf olur. Ona görə də hesab edirəm ki, bu məsələyə müvafiq qurumlar nəzarət edərək yerli bitki növlərinin əkilməsinə zəmin yaratmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB