Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarla bağlı yeni layihəyə start verilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı cinayətlərinin başlanmasının 110 illiyi ilə bağlı genişmiqyaslı layihəyə start verib.
AVCİYA-dan SİA-ya verilən məlumata görə, 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırımı aktlarının, cinayətlərin və qırğınlarının 110 illiyi tamam olur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bununla bağlı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı cinayətlərinin, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihəyə start verib. Layihənin portalı www.1905.az ünvanında fəaliyyətə başlayıb. BMT-nin işçi dilləri və region dövlətlərin də dilləri daxil olmaqla 12 dildə olan sayt hələlik test rejimində işləyir. Portalın elmi redaksiya şurasına AMEA-nın müxbir üzvü İlyas Babayev rəhbərlik edir. Bundan başqa, layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yerləşdirilməsi planlaşdırılır: "Ümid edirik ki, heç kəs bu layihəyə biganə qalmayacaq və onun həyata keçirilməsində AVCİYA-ya köməklik göstərəcək. Bu layihənin həyata keçirilməsi zamanı KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür və AVCİYA onları sıx əməkdaşlığa və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə dair materialları daha aktiv şəkildə ictimaiyyətə çatdırmağa çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB