Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Elmira Axundova paytaxtın çirklənməsi haqda danışıb. SİA-nın xəbərinə görə, o bildirib ki, dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birinci yerdə durur.
Elmira Axundovanın sözlərinə görə, belə siyahının tam dəqiqliyinə inanmasa da, paytaxtın hər bir sakini təsdiqləyə bilər ki, Bakı ekoloji cəhətdən çox da konfortlu məkan deyil: "Yeni doğulan uşaqların demək olar ki, hamısının allergik xəstəliklərə düçar olması buna əyani sübutdur. İki il bundan əvvəl atmosferə buraxılan tullantıların həcmi 957 min ton təşkil etdirdi. Bunların da 742 milyon tonu nəqliyyat vasitələrinin payına düşür. Yəqin ki, indi bu rəqəm daha da artıb. Köhnə avtomobillər ekologiyaya böyük ziyan vurur. Fikir verin, keçən il ölkəyə idxal olunan avtomobillərin 50 mini işlənmiş maşınlardır. Mənəvi cəhətdən köhnələn nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək mümkün deyil. Çünki bununla bağlı hüquqi baza yoxdur".
Buna baxmayaraq problemin həll yolununun tapmağın mümkün olduğunu deyən millət vəkili əlavə edib ki, bunun üçün avtomobilləri müsadirə etmək və Avro-4 standartlarına uyğun avtomobillər alınması üçün vətəndaşlara güzəştli kreditlər vermək lazımdır: "Bilirəm ki, bu, maliyyə tələb edən problemdir. Amma bunu icra etməsək, Avro-4-ə keçidi uğurla həyata keçirmək mümkün olmayacaq. Müsadirə olunan avtomobilə görə kompensasiya ödənilməsi təcrübəsi artıq Rusiya mövcuddur. İkinci məsələ isə bu cür avtomobillər üçün poliqonların təşkil olunması və həmin avtomobillərin dövriyyədən çıxarılmasıdır. Hər il orta hesabla 200-300 avtomobil dövriyyədən çıxarılacaq. Amma bu gün bir dənə də olsun poliqonumuz yoxdur. Avro-4-ə keçidi elan etməklə məsələ həll olunmur. Odur ki, bunun üçün tədbirlər planı işlənib hazırlanmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB