Bahar Muradova: "Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın"
Parlamentin bugünkü iclasında "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı ç
ıxış edən millət vəkili Zahid Oruc fərdi evlərin əhatəsindəki hasarların sökülməsini təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova hasarların sökülməsi ilə bağlı təklifə cavab olaraq bu sözləri deyib: "Zahid Oruc hər zaman orijinal təkliflər verən millət vəkilidir. Mən bunu çox müsbət qiymətləndirirəm. Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi, hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyatyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil".MM sədrinin müavini Valeh Ələsgərov isə daş hasarların sökülməsi ilə bağlı məsələnin gündəlikdə olmadığını əsas gətirərək, buna münasibət bildirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB