İnsan alverinə qarşı mübarizə üzrə illik məlumat ictimai müzakirəyə çıxarılacaq

İnsan alverinə qarşı mübarizə üzrə illik məlumat ictimai müzakirəyə çıxarılacaq

Milli Məclisdə dinlənilərək qəbul olunan İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı ictimai müzakirəyə çıxarılacaq. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü iclasında çıxış edib.

Təklif spiker Oqtay Əsədov tərəfindən dəstəklənib və bununla bağlı daxili işlər nazirinin birinci müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazov müraciət olunub.

V. Eyvazov təklifi qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə