Parlamentin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa Təhsil Nazirliyinin dərs vaxtının uzadılması ilə bağlı qəbul etdiyi yeni qərara etiraz edib. SİA-nın xəbərinə görə, çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, orta məktəblərdə tədris müddətinin iyunda 3 həftə artırılması haqqında qərar yanlışdır.
O, bu qərarın yersiz olduğunu deyib: "Aydındır ki, mayın 15-20-dən sonra faktiki olaraq məktəbə gedən yoxdur. Yuxarı sinif şagirdləri də repetitor yanına gedir. Bu çıxış yolu məni heyrətləndirdi. Sentyabrın 1-də dərs başlasa, bayramlardan da bir gün kəsilsə, həmin 3 həftəni təmin etmək olar. Axı icbari təhsildə yük valideynin üzərindədir, maşın tutmalıdır, kitabını almalıdır. Düzdür, təhsilin pulsuz olduğunu deyirik, amma məlumdur ki, valideynlər dərslikləri almalı olurlar. İndi bundan sonra valideyn hələ bir vaxtından da kəsib məktəbə ayırmalıdır. Bu məsələni ciddi qaldırmaq lazımdır".
Spiker Oqtay Əsədov isə deputatın bu iradını anlamadığını bildirib: "Mənə təəccüblüdür ki, ölkədə dərsliklər pulsuz olduğu halda, niyə valideynlər dərslikləri pulla alır. Bu məsələ araşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB