Siyavuş Novruzov: "Təəssüf ki, gəlirlər bələdiyyə üzvləri arasında əmək haqqı şəklində bölüşdürülür"

Siyavuş Novruzov: "Təəssüf ki, gəlirlər bələdiyyə üzvləri arasında əmək haqqı şəklində bölüşdürülür"

"Bildiyiniz kimi, Heydər Əliyev Fondu autizm xəstəliyi ilə mübarizə sahəsində çox şaxəli işlər aparır. Autizm xəstəliyi ilə əlaqədar həm N.Nərimanov rayonunun ərazisində 4 mərtəbəli, bütövlükdə tam şəkildə təmiantlı uşaqlar üçün belə bir sanotoriya və ya xəstəxana kimi faəliyyət göstərir. Eyni zamanda Fond tərəfindən Mərdəkan ərazisində inşa olunan mərkəzdə bu cür uşaqların orda qalması üçün lazım olan bütün şərait yaradılıb. Təbii ki, bu kimi mərkəzlərin sayı bundan sonra da istər özəl, istərsə də dövlət səviyyəsində davamlı şəkildə artırılmalıdır". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov həmkarı Fazil Mustafanın Milli Məclisin iclasında Bakıda autizm xəstəliyi ilə bağlı mərkəzlərin azlığından şikayətinə cavab olaraq deyib.

S.Novruzov eyni zamanda F.Mustafanın Krım hadisələrindən sonra Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı BMT-nin qəbul etdiyi qətnamənin narahatlıq doğurduğu fikirlərinə də cavab verib: "Yeni Azərbaycan Partiyası və sədrinin Ukrayna ilə bağlı mövqeyi kifayət qədər aydındır. Hətta hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burda dəstək göstərmək əvəzinə, bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər bir qrupu Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə ara qarışdırmaq üçün Krıma gedir. Sonradan isə sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? Qeyd etməliyəm ki, Krıma gedənlər idi ki, elə İsmayıllıya da gedirdilər. Düşünürəm ki, hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur".

Millət vəkili İqbal Ağazadənin bələdiyyələrin səlahiyyətlərinin az olması ilə bağlı səsləndirdiyi fikirlərə deputat Siyavuş Novruzov cavabı belə olub: "Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar hər biri öz bəyanatı ilə çıxış edə bilərlər. Eyni zamanda bu ilki bələdiyyə seçkiləri ilə bağlı qəbul etdiyimiz qanun layihələri ən yüksək standartlara uyğundur. Bələdiyyələrlə bağlı Milli Məclisdə 40-a yaxın qanun qəbul edilib və bələdiyyələrə kifayət qədər status verilib. Bələdiyyələrin ixtiyarında kifayət qədər bələdiyyə mülkiyyəti mövcuddur. Lakin onlar həmin mülkiyyətlərdən səmərəli istifadə etməli və ordan gələn gəlirləri öz aralarında bölüşdürmək yox, digər istehsal sahələri yaratmaq, məktəblər açmaq lazımdır. Təəssüf ki, gəlirlər bələdiyyə üzvləri arasında əmək haqqı şəklində bölüşdürülür. Bu da təbii ki, düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə