Millət vəkili Etibar Hüseynov parlamentin bugünkü iclasında məcburi köçkünlərlə bağlı işlətdiyi kobud ifadələrə görə üzr istədi. SİA-nın xəbərinə görə, o bildirib ki, artıq beşinci gündür sosial mediada iyrənc kompaniya və təxribatla üz- üzədir: "Əvvala məlum olduğu kimi, mənim proqramımdakı müəyyən konteksdən çıxarılmış 3 dəqiqəlik çıxışım neçə gündür ki, sosial media və saytlarda tirajlanır. Məsələ ordadır ki, həmin videolar eyni üvnandan yayımlansa da, hər birində insanlarda qıcıq yaradan başlıqlar qoyularaq tirajlanır".
"Bir məqama da toxunmaq istəyirəm ki, iki gündür heç bir tv-yə və ya qəzetə açıqlama vermirəm. Buna baxmayaraq, gün ərzində mənim adımdan yenə də insanları qıcıqlandıran, onların ləyaqətini alçaldan müxtəlif səpkili açıqlamalar gedir. Guya mən deyirəm ki, qaçqınlar kimdir ki, mən onlardan üzr istəyim. Yaxud da qarabağlılar getsin öz torpaqlarını azad etsin. Bütün bunların bir mərkəzdən idarə olunan təxribat xarakteri daşıdığını açıq-aşkar bilirəm. Bu, uzun illərdir mənə qarşı aparılar qara piyardır. Artıq onların kim olduğunu bilmək elə də çətin deyil. İnanıram ki, həmin insanlar yaxın günlər ifşa olunacaq və öz layiqli cəzalarını alacaqlar" - deyə, millət vəkili fikirlərinə əlavə edib.
E. Hüseynov həmçinin qeyd edib ki, həmin çıxışda o, guya insanları bilərəkdən təhqir edib: "Tam səmimi şəkildə bəyan edirəm ki, heç kimi təhqir etmək fikrim olmayıb. Etiraf etdiyim səhv ondan ibarətdir ki, gərək həmin məsələ ilə bağlı daha ətraflı və dolğun, o cümlədən daha ehtiyatlı danışardım ki, insanlar arasında bu cür anlaşılmazlıq yaranmayardı. Lakin səbəbində asılı olmayaraq, əgər məlum müsahibəm vaxtı kiminsə xətrinə dəyəcək və hissiyatına toxunacaq ifadə işlətmişəmsə buna görə də çəkinmədən hər kəsdən üzr istəyirəm. Hesab edirəm ki, səhvini anlamaq və üzr istəmək eyiblik deyil, əksinə böyüklük əlamətidir. İnanıram ki, ayrı-ayrı məqamlara kifayət qədər aydınlıq gətirdim. Ona görə də bu məsələnin artıq qapandığını düşünürəm. əlavə olaraq üzümü media işçilərinə tutaraq bildirmək istəyirəm ki, bu andan etibarən istintaq başa çatmamış bu məsələlərlə bağlı heç bir televiziya və yazılı mətbuata açıqlama verməyəcəm. Ona görə də bundan sonra məsələ ilə bağlı adımdan yazılacaq məlumatların hamısının saxta olduğunu bildirirəm".
Spiker Oqtay Əsədov isə millət vəkilinə tutduğu əmələ görə sərt cavab verib: "Birincisi, yaxşıdır ki, danışdıqlarınla bağlı hələ geniş cavab verməmisən. Bu məsələdən sonra mətbuatda nə qədər az danışsan, o qədər yaxşıdır. Mən dünən məsələ ilə əlaqədar İntizam komissiyasının sədri ilə birlikdə Etibar Hüseynovu dəvət etmişdik. Məsələ ilə bağlı çox sərt söhbətimiz oldu. Dünən o, bütün səhvlərini etiraf etdi. Baxmayaraq ki Etibar Hüseynov indi məsələ ilə bağlı çox yüngül danışdı. Ona görə də hesab edirəm ki, məsələni bundan sonra şişirtməyin heç bir adı yoxdur. Bacardığı və qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, dünənki söhbətdən sonra məsələni daha da xırdalamasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB