Kənd və qəsəbələrdə vətəndaşların tibbi müayinəsi davam edir

Kənd və qəsəbələrdə vətəndaşların tibbi müayinəsi davam edir

Samux rayonunun Qarayeri qəsəbə xəstəxanasında aparılan yoxlamalara terapevt, stomatoloq, ginekoloq, travmatoloq, nevroloq və digər ixtisaslı həkimlər cəlb edilib. SİA-nın verdiyi məlumata görə, müayinənin ilk günündə 1000-ə yaxın qəsəbə sakini tibbi yoxlamadan keçirilib. Müayinələrin nəticəsinə görə, vətəndaşların səhhətində elə bir ciddi yoluxucu xəstəlik aşkarlanmayıb. Ümumilikdə 3 günlük aksiya zamanı 5210 nəfər tibbi yoxlamadan keçirilib. Onlardan 400 nəfəri səhhətindəki problemlərlə əlaqədar ambulator müayinəyə cəlb edilib.

Qeyd edək ki, Samux Mərkəzi Xəstəxanasının həkim briqadası artıq rayonun 25 yaşayış məntəqəsində tibbi müayinələri başa çatdırıb. May ayının sonunadək aksiyanın bütün rayonu əhatə edəcəyi planlaşdırılır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə