Komitə sədrinin qəbul vaxtı dəyişdi

Komitə sədrinin qəbul vaxtı dəyişdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın aprelin 25-də Goranboyda nəzərdə tutulan vətəndaşlarla qəbulu aprelin 15-nə keçirilib.

Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Goranboy rayonu ilə yanaşı, yaxın rayonların, o cümlədən, Tərtər, Füzuli, Xocavənd, Bərdə, Ağcabədi, Ağdam, Laçın Xocalı rayonlarından olan vətəndaşlar da iştirak edəcəklər.

Qəbulda vətəndaşları daha çox narahat edən məsələlər, xüsusilə, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək, işlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər, qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbul gəlmək istəyən vətəndaşlar AQUPDK-nin Kadr və kargüzarlıq şöbəsi (Əlaqə telefonu: (012) 4980092) və Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə