Özünü yol polisi kimi təqdim edənlər cəzalandırılacaq

Özünü yol polisi kimi təqdim edənlər cəzalandırılacaq

Bakıda özünü yol polisi kimi təqdim edən mülki şəxsin sürücüləri saxlaması faktı ilə bağlı yoxlamalara başlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, yoxlamaların nəticəsinə uyğun olaraq fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda gecələr yol polisi adı altında sürücüləri saxlayaraq, onlara problemlər yaradan mülki şəxslər barədə video görüntülər yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə