Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gül, sağlamlığını göstər" adlı foto müsabiqənin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihədə iştirakçıların gülümsəyərək çəkilmiş yüksək keyfiyyətli şəkilləri təşkilat komitəsinə təqdim edilib. Seçilmiş ən yaxşı 3 şəklin müəllifi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqədə iştirak üçün göndərilmiş fotolardan kitabça hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB