Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin Şimal bölgəsinə səfəri başlayıb. Şeyxin əvvəlcə Qubada Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Şeyx 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc insanların uyuduğu kütləvi məzarlığa baş çəkib. Paşazadə bu vəhşiliyi dünyanın ən dəhşətli soyqırımı adiandırıb.
QMİ sədrinin səfəri daha sonra şəhərdəki Hacı Cəfər məsçidinə olub. Burada yerli dindarlarla görüşən A.Paşazadə Qubada dini münasibətlərdən danışıb və bildirib ki, hər iki məzhəb arasında normal münasibətlər var.. Dini ayrı-seçkilik salmaq istəyən bəzi qüvvələrin onlara heç bir maneə törədə bilməyəcəyini bildirib.
Dindarlarla səmimi söhbət edən Şeyx məscidin təmiri üçün 10 min manat vəsait ayrıldığını deyib və həmin vəsaiti nümayəndələrə çatdırıb. Həmçinin Qubada rəsmi qeydiyyatdan keçən 22 məsçid üçün dini ədəbiyyat və vəhabiliyin anti-təbliğinə aid vəsait paylanılıb.
Daha sonra Şeyxin görüşü Qubanın Heydər Əliyev Mərkəzində baş tutub. Rayonun ayrı-ayrı din nümayəndələri ilə açıq söhbət edən Şeyx Suriya məsələsinə də toxunub. Bildirib ki, kim gedib Suriyada şəhid olmaq istəyirsə qoy gedib Qarabağda partizan döyüşü eləsin. Axı müsəlman-müsalmana qarşı heç vaxt qan tökməməlidir.
Daha sonra Şeyxin səfəri Qusar rayonuna olub. Burada Heydər Əliyevin abidəsini ziyarət edən Qafqazın Şeyxi eyniadlı mərkəzdə yerli dindarlarla görüşüb. Şəhərdəki Mustafa Kazdal məscidində qusarlı dindarlarla söhbətləşən Qafqazın şeyxı burada da gənclərin Suriya döyüşlərinə getməsinin yolverilməz adlandırıb.
Daha sonra Xaçmaza gələn şeyx burada təzə şəhər məscidində yerli din təmsilşilərilə görüşüb. Burada da Suriyada döyüşən gənclərimizin hərəkətinin yolverilməz olduğunu söyləyən bütün Qafqazın Şeyxi erməni ekstremizminin Azərbaycanda dini durumu gərginləşdirməyə çalışdıqlarını deyib. O jurnalistlərə açıqlamasında də eyni fikri vurğulayıb.
AllahŞükür Paşazadə: "Bu ancaq o şəxslərin işi ola bilər ki, bizi gözü götürməsin. Bizim dövləti, dövlətçiliyimizin daxilində ixtişaş salmaq istəyənlər var. Bunlarda erməni ekstremistləridir. Bunlar ola bilər ki, birbaşa deyil, amma öz nökərləri vasitəsilə işlərini görürlər. Onların xüsusi orqanları var, onlar bizim adamlarla müsəlman adıyla görüşürlər və təbliğ edirlər".
Allahşükür Paşazadə Ərdoğanın Bakı səfərinə də münasibət bildirib: "Sabah Ərdoğan Bakıya gəlir. Əjdərbəy məsçidində həm sünilər, həm də şiyələr bir yerdə namaz qılacaq. Bu heç yerdə yoxdur. Bunu nə Türkiyədə, nə İranda və Rusiyada tapa bilməzsən, bunu ancaq Azərbaycanda tapa bilərsən".
Şeyx Qusar və Xaçmaz rayonlarında da yerli məsçidlərin bərpası üçün hərəsinə 10 min manat pul verib. Burada da dini ədəbiyyat və Quran paylanılıb. Şeyx bundan sonra da bölgədə dindarların problemlərinə hörmətlə yanaşılacağını bildirib.
Emin Kərimov, Quba-Qusar-Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB