“İnformasiya texnologiyalarının inkişafı ilə bağlı qarşıya strateji hədəflər qoyulub”

“İnformasiya texnologiyalarının inkişafı ilə bağlı qarşıya strateji hədəflər qoyulub”

"Azərbaycan informasiya texnologiyalarının inkişafı ilə bağlı qarşısına çox böyük strateji hədəflər qoyub və bu hədəflərin bir çoxu artıq gerçəkləşdirilib". Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

E. Mirzəbəyli vurğulayıb ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı istiqamətində son illər çox ciddi addımlar atılıb: "Bu sırada, Elekton Hökumət Portalı"nın istiadəyə verilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Bundan başqa ölkəmiz öz peykinə sahib olan ölkələrdəndir. Bu aspektdən çıxış edərkən Azərbaycanın bu istiqamətdə inkişafı xüsusi vurğulanmalıdır".

Baş redaktor vurğulayıb ki, Azərbaycanın qarşısına qoyduğu hədəflər və bu istiqamətdə inkişaf bilavasitə cəmiyyətimizin maraqlarına xidmət edir: "Azərbaycan Prezidenti İlham Əliyev hər zaman vurğulayıb ki, neft gəlirləri Azərbaycan təhsilinin inkişafına, çağdaş azərbaycanlı gənclərinin formalaşdırılması istiqamətinə yönləndirəcək. Prezident İlham Əliyev tərəfindən "İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi də bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə