Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə şimal bölgəsinə səfər edib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Şeyxülislam ilk olaraq Qubada Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Daha sonra Qubadakı Soyqırımı Memorial Kompleksini ziyarət edən Hacı Allahşükür Paşazadə burada qətlə yetirilən soydaşlarımızın ruhuna dualar oxuyub.
Səfər çərçivəsində Şeyxülislam Quba rayonunda yerləşən Hacı Cəfər məscidi ilə tanış olub. O, məscidin təmiri üçün 10 min manat pul ayırıb və məscidə dini ədəbiyyat bağışlayıb. Din xadimlərinə bölgədə dini təbliğatı gücləndirməyi və verilən ədəbiyyatların vətəndaşlara paylanmasını tapşırıb. Həmçinin Allahşükür Paşazadə Qubadakı dini icmaların nümayəndələrinin və rayon ziyalılarının iştirakı ilə görüş keçirib. Allahşükür Paşazadə din dövlət münasibətlərindən danışıb, dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinin qarşısını almağı tövsiyə edib. Şeyx bölgədə dini təriqətlərin aktivliyini nəzərə alaraq, din xadimlərini ehtiyatlı olmağa çağırıb.
Şeyxülislam səfər çərçivəsində Qusar rayonunda da Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarətdən sonra Şeyxülislam rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində rayon dindarları ilə görüşüb. Görüş zamanı dindarların problemləri ilə maraqlanan Hacı Allahşükür Paşazadə öz məsləhətlərini verərək onlarla geniş söhbət aparıb.
QMİ sədri həmçinin Xaçmaz rayonunda da olub və oradakı yerli dini icma nümayəndələri ilə görüşüb.
.jpg)
Emin Kərimov Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB