“E4 E5” adlı şahmat turniri keçirilib

“E4 E5” adlı şahmat turniri keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) İdman İşçi qrupunun təşkilati dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında gənclər arasında "E4 E5" adlı şahmat turniri keçirilib. SİA-nın məlumatına görə, yarışa 50 nəfər tələbə gənc qatılıb.

Turniri giriş sözü ilə layihənin rəhbəri Ramil Rəhimov açıb və ATGTİ idarə heyətinin üzvü Asif Səfərli iştirakçıları yarışın qaydaları ilə tanış edib.

Olimpiya sistemi ilə keçirilən turnirdə Elvin Şirinov bütün rəqiblərini məğub edərək birinci ollub, Elvin Qasımzadə yalnız finalda məğlub olaraq ikinci yerə, Vasif Bədəlov isə üçüncü yerə çıxıb. Turnirin sonunda hər üç qalib diplomlar, "Pocket book" və "Mp3 player" kimi hədiyyələrlə mükafatlandırılın, digər gənclər isə iştirakçı sertifikatları ilə təltif olunub.

Qeyd edək ki,"E4 E5" layihəsi şahmata marağı olan gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsində məqsəd şahmatı bir intellektual idman növü kimi gənclər arasında təbliğ etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə