Sumqayıtda Polis bölməsində nöqsan aşkarlanıb

Sumqayıtda Polis bölməsində nöqsan aşkarlanıb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinin MSY-nə başçəkmələr həyata keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraitinin öyrənilməsi olub.

Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qeyd edilməlidir ki, qəbul olunan şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarı və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Adı çəkilən MSY-lər standartlara cavab versə də, Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölmələrində sənədləşmədə aşkarlanan nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə