Akif Əlizadə yenidən Geologiya İnstitutunun direktoru seçilib FOTO

Akif Əlizadə yenidən Geologiya İnstitutunun direktoru seçilib FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yenidən Geologiya İnstitutunun direktoru seçilib. SİA-nın xəbərinə görə, seçkilər AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin büro iclası çərçivəsində keçirilib. Akademikin təyinatı təsdiq olunmaq üçün Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, A. Əlizadə 1976-cı ildən Geologiya İnstitutuna rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə