Fransanın "Levhair" jurnalında dəfələrlə Azərbaycanda səfərdə olan, Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı, yəhudi əsilli fransız yazıçı-publisisti Jan-Pyer Allalinin "Azərbaycan yəhudiləri" sərlövhəli məqaləsi dərc edilib.
Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan müəllif məqalədə yəhudilərin ölkəmizdə məskunlaşması ilə bağlı tarixi faktlara toxunub, onların çox qədim dövrlərdə ölkəmizə gəldiklərini qeyd edib.
Azərbaycan hökuməti tərəfindən digər etnik qruplar kimi, yəhudilərin dininin, dilinin, mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi qayğı göstərildiyi diqqətə çatdırılan məqalədə Bakıda üç sinaqoqun olduğu, 2002-ci ilin əvvəlində yeni sinaqoqun inşa edildiyi, yəhudilərin Quba rayonunda yığcam yaşadıqları, onların rus dilindən çox Azərbaycan dilində danışdıqları, kənd təsərrüfatı, bağçılıq və heyvandarlıqla məşğul olduqları yer alıb.
Yəhudilərin də Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığını, Milli Məclisdə təmsil olunduğunu diqqətə çatdıran müəllif ölkəmizdə yüksək tolerantlıq mühitinin olduğunu xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB