YAP Nizami rayon təşkilatının gəncləri erməni işğalına etiraz etdilər AKSİYA
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının bir qrup gənci Kəlbəcərin təcavüzkar Ermənistan tərəfindən işğalı ilə bağlı aksiya keçirib. Aksiyanın məqsədi erməni işğalının dünya birliyi tərəfindən birmənalı olaraq tanınmasından ibarət olub.
Tədbirdə iştirak edənlər ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edərək, bu istiqamətdə müxtəlif faktlar ətrafında diskussiyalar aparıblar.
Daha sonra gənclər müxtəlif beynəlxalq təşkilatlara erməni işğalına etiraz əlaməti olaraq elektron müraciətlər göndəriblər.
Xatırladaq ki, bu gün 21 il öncə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal ediblər. Təcavüzkar ölkənin işğalçılıq siyasəti bu gün də davam edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB